AzMİU TGT “Biz Şuşaya qayıdacağıq” devizi altında kampaniyaya başlayıb
2019-05-08 14:30:44
Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar gənclərin onlayn fəaliyyət kampaniyasına start verilib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı  da bu kampaniyaya qoşulub. Şuşanın işğalı ilə bağlı faktların  yer aldığı məlumatlar  sosial şəbəkələr üzərindən aktiv paylaşılıb.