Tanınmış aktyor Taleh Yüzbəyov AzMİU-nun qonağı olub
2019-05-06 10:45:58
Azərbaycan Memarlıq və İnşaat Universitetinin  (AzMİU) qonağı çəkdiyi videolarla qısa müddətdə geniş izləyici kütləsi qazanan tanınmış aktyor Taleh Yüzbəyov olub.  Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə baş tutan görüşdə aktyor uğur hekayəsini auditoriya ilə  bölüşüb, tələbələrlə  ünsiyyət zamanı məqsədli olmağı, özlərinə inanmağı,  üzərlərində işləməyi məsləhət görüb. Səmimi ortamda davam edən görüşdə aktyorun çəkdiyi maraqlı videolar da nümayiş edilib.