AzMİU-da “Düzgün CV hazırlanması qaydaları” mövzusunda təlim
2019-05-02 17:22:16
AzMİU-da  “Düzgün CV hazırlanması qaydaları” mövzusunda təlim  
      Tələbə və məzunların diqqətinə!
Mayın 10-da saat 11:00-da Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və məzunların karyera imkanlarını artırmaq, CV hazırlama qaydalarını təkmilləşdirmək, məşğulluqlarını inkişaf etdirmək, real iş imkanları qazandırmaq məqsədi ilə təlim keçiriləcək. Təlimdə şirkət və müəssisə, nazirlik və dövlət qurumlarında mövcud olan azad vakansiyalara müraciət yolları  mövzusunda da geniş məlumatlar veriləcək.
Ətraflı məlumat üçün AzMİU-nun Təcrübə və Karyera şöbəsinə, I tədris binası, 403-cü otağa müraciət edə bilərsiniz.    
Telefon: (012) 539-26-95
Təlimin keçiriləcəyi yer: AzMİU-nun I korpusu,  III mərtəbə, akt zalı.