Nümayəndələrimiz bölgələrdə abituriyentlərlə görüşlər keçirir
2019-04-27 15:31:43
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Lənkəran şəhər 6 saylı məktəbində, Cəlilabad şəhərinin akademik Zərifə Əliyeva adına 6 saylı tam orta təhsil məktəbində, Salyan şəhərində 11-ci sinif şagirdləri ilə görüşlər  keçiriblər. 
Şagirdlərlə görüşdə AzMİU-nun Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov, İnşaat fakültəsinin dekan müavini Nazim Cəfərov, AzMİU-nun professoru Fikrət Yusubov, universitetin SABAH qruplarının nümayəndəsi Rəna Cəbrayılova məktəblilərə universitetin tarixi, fakültə və ixtisasları barədə ətraflı  məlumatlar veriblər. AzMİU-nun Avropa universitetləri  ilə səmərəli əməkdaşlığından, ikili diplom müqavilələri əsasında ölkədən kənarda oxumaq imkanlarından söhbət açıblar. Onlar universitetdə tələbələrin asudə vaxtının səmərəli keçirilməsi üçün yaradılan şəraitdən, müəllim kollektivinin yüksək hazırlığından da danışıblar. 
Sonda universitet barədə videoçarx təqdim olunub, şagirdlərin çoxsaylı sualları universitet nümayəndələri tərəfindən cavablandırılıb.