AzMİU-nun nümayəndəsi Türk Universitetləri Birliyinin tədbirində iştirak edib
2019-04-27 11:25:28
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şahmar Rəfili Türk Universitetlər Birliyinin Türk şurasının IV baş assambleyasının iclaslarına qatılıb. 
Aprelin 22-dən 25-nə qədər davam edən iclasda Azərbaycan universitetləri ilə yanaşı, Türkiyə, Qırğızıstan və Qazaxıstandan da nümayəndələr iştirak edib. Qazaxıstanın Əhməd Yasəvi Universitetində gerçəkləşən tədbirdə türkdilli universitetlərin əməkdaşlıq perspektivləri, birgə layihələrin keçirilməsi barədə müzakirələr açılıb, fikir mübadiləsi aparılıb. 
Məlumat üçün qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyi türkdilli ölkələr arasında işbirliyini təmin edən beynəlxalq qurum olaraq 2009-cu ildən fəaliyyət göstərir. Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan adıçəkilən Şuranın yaradıcılarıdır.