AzMİU-da İdeya Yarışması keçirilib
2019-04-26 17:08:54
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) British Council şirkətinin həyata keçirdiyi Creative Spark layihəsi çərçivəsində İdeya Yarışması təşkil edib. Yarışma gənclərin biznes ideyalarının ortaya çıxarılması və startap layihələrinin işıqlanıdırlması məqsədini daşıyıb. 
Tələbələr tərəfindən ideya yarışmasına 30 layihə təqdim olunub. Onların qiymətləndirilməsi üçün Münsiflər Heyəti qismində “SABAH”  İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, AzMİU-nun Strateji  inkişaf üzrə prorektoru Ülkər Səttarova, İpoteka və Kredit fondunun maliyyə mütəxəssisi Yaqub Əlizadə seçilib.  
Tələblərin çıxışları zamanı Münsiflər Heyəti tərəfindən onlara müxtəlif suallar ünvanlandırılıb və tövsiyələr verilib. Heyətin qərarı ilə sonda üç layihə 1-ci, 2-ci və 3-cü yerlər olmaqla qalib seçiliblər. Qaliblərə müxtəlif dəyərli hədiyyələr və sertifikat təqdim olunub.
Bu mərhələdən keçən digər 10 layihə  bu ilin iyununda Böyük Britaniyada Creative Spark çərçivəsində keçirilən “ Big Idea Pitching” yarışmasında iştirak imkanı əldə ediblər.  Qeyd edək ki,  tələbələr sözügedən yarışmada qalib olarlarsa, 3000 ingilis funt sterlinqi məbləğində pul mükafatı qazanacaq və Londona səfər etmək imkanı əldə edəcəklər.