Tələbələrimiz Almaniyanın dünyaca məşhur "MAURER" şirkətində ekskursiyada
2019-04-26 14:58:22
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin III-IV kurs bakalavr və magistr tələbələri Almaniyanın dünyaca məşhur "MAURER" şirkətində ekskursiyada olublar. 
 Məlumat üçün qeyd edək ki, ekskursiya şirkətin "Baku Tower"-də təchiz etmiş olduğu zəlzələyə davamlılıq qurğusunun iş prinsipi ilə tanışlıq məqsədi daşıyıb. İnşaat konstruksiyaları kafedrasının müdiri Muxlis Hacıyev və fakültənin professor-müəllim heyətinin də iştirak etdiyi gəzintidə tələbələrə qurğunun əhəmiyyəti və müasir inşaatdakı rolu barədə ətraflı məlumatlar verilib. 
Qeyd edək ki, fakültədən verilən məlumata görə tələbələrin tikinti meydançalarına ekskursiyaları gələn həftələrdə də davam edəcək.