AzMİU-da Ümumdünya Kitab Günü qeyd olunub
2019-04-23 17:08:20
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elektron kitabxanasında 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilmiş yeni kitabların sərgisi, həmçinin, kitabxananın ən fəal oxucularına sertifikat və hədiyyələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Elm və texnika işləri üzrə prorektor Arif Şərifov, SABAH mərkəzinin rəhbəri Pərvin Quliyeva, Magistratura mərkəzinin əməkdaşı Fəxriyyə Rəhmanova və başqaları iştirak edib. 
Giriş sözü ilə tədbiri açan A.Şərifov qeyd edib ki, tədbirin keçirilməsinin məqsədi kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərməkdir.
Elektron kitabxana şöbəsinin müdiri Aytən Rəhmanova Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi barədə tədbir iştirakçılarına geniş məlumat verib.