Türkiyəli qonaqlar AzMİU-da
2019-04-23 16:38:47
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olan İstanbul Texnik Universitetinin nümayəndə heyəti universitetlə yaxından tanış olublar. İTU-nun rektoru, professor Mehmet Karaca, prorektor Lütfihak Alpkan, Memarlıq fakültəsinin dekanı Mehmet Murat Gül, Azərbaycanın İstanbuldakı səfiliyinin təhsil müşaviri Nəcibə Nəsibova əvvəlcə AzMİU-nun 1 saylı tədris korpusunda yerləşən AzMİU-nun tarixi muzeyinə, Heydər Əliyev Mərkəzinə, Şəhidlər guşəsinə baş çəkiblər, universitetlə bağlı mühüm məlumatları əldə ediblər. 
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova onlara universitetin tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları haqqında ətraflı məlumat verib, ümummilli liderimiz Heydər Əliyevin AzMİU-nun yaradılmasında göstrədiyi xidmətlərindən danışıb. Şəhidlər guşəsində türkiyəli alimlər Qarabağ döyüşlərində şəhid olmuş qəhrəmanlarımızı - məzunlarımızı yaxından tanıyıblar. 
Qonaqlar AzMİU-nun digər korpuslarına da baş çəkiblər, laboratoriya və studiyalarını gəziblər, Memarlıq fakültəsinin yeni binası ilə tanış olublar.