AzMİU-da “Hər şey vətən üçün” adlı tədbir keçirilib
2019-04-22 13:41:51
Gənclər və İdman Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatı və Virtual Qarabağ İKT mərkəzinin birgə təşkilatçılığı ilə "Hər şey vətən üçün" adlı maarifləndirici tədbir keçirilib.    
        Tədbirə ATGTİ-nin departament rəhbəri Hüseyn Babayev, Virtual Qarabağ İKT mərkəzinin sədri Nürəddin Mehdiyev, universitet rəhbərliyi, müəllim heyəti və tələbələr qatılıb.Öncə dövlət himni səsləndirilib, daha sonra doğma vətənin ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
         AzMİU TGT-nın sədri İlahə Həsənova və Virtual Qarabağ İKT mərkəzinin sədri N.Mehdiyev tələbələrlə maarifləndirici söhbət aparıb, dövlətimizin gənclərin vətənpərvərlik ruhunun artırılması yönümündə gördüyü işlərə toxunublar. N.Mehdiyev təmsil etdiyi “Virtual Qarabağ” IKT mərkəzinin fəaliyyəti barədə danışıb, Qarabağ həqiqətlərinin internet məkanında tanıdılması istiqamətində apardığı işləri tələbələrin diqqətinə çatdırıb. Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə gənclərə, o cümlədən dünya ictimaiyyətinə dolğun və obyektiv məlumat verməyin vacibliyi qeyd olunub. 
       Tədbirin sonunda Virtual Qarabağ İKT mərkəzinin hazırladığı “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin nümayişi olub.