AzMİU THİK-in TİF fakültəsinə yeni üzvlər seçilib
2019-04-22 13:32:44
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-İqtisad fakültəsində (TİF) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) seçkiləri keçirilib. AzMİU THİK-in sədr müavini Şahmar Rəfili, fakültə dekanı Rahat Qəribov və dekan müavini Turan Aslanovanın iştirakı ilə keçirilmiş tədbirdə fakültənin ictimai həyatından danışılıb.
Dekan öz çıxışında fakültədə THİK-in fəaliyyətini çox yüksək qiymətləndirib və yeni seçiləcək tərkibə çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb.
Sonra Ş.Rəfili yeni qurulacaq heyətin üzvlərini hər kəsə təqdim edib. TİF fakültəsindən komitəyə sədr,büro üzvləri və idarəetmə heyəti olmaqla 11 tələbə üzv seçilib. Fakültənin THİK sədrliyinə 2-ci kurs tələbəsi Vətən Əliyevin namizədliyi təklif olunub və yetkin səslə qəbul edilib.
V.Əliyev çıxışında ona göstərilən etimada görə təşəkkürünü bildirib, görəcəyi işlər barədə məlumat verib və bu etimadı əməli işlə doğruldacağını söyləyib.