Əməkdaşımız gənclər üçün “Peşə, ixtisas seçimi” adlı elmi-praktiki konfransda AzMİU-nu təmsil edib
2019-04-22 13:22:55
Qaradağ  Rayon Gənclər və İdman İdarəsinin, “Kainat” Tədris Mərkəzinin təşkilatçılığı ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən  Ə.Əmirov  adına  Mədəniyyət Sarayında gənclər üçün  “Peşə, ixtisas seçimi" adlı elmi-praktiki konfransı  keçirilib.  Konfransda qəsəbənin 9 və 11-ci sinif  şagirdləri iştirak edib. 
         Konfransın keçirilməsinin əsas məqsədi  şagirdlərə gələcəkdə düzgün peşə, ixtisas seçmələrinə yardım göstərmək olub.  Konfransa  Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə yanaşı, digər ali təhsil müəssisələrinin, kolleclərin, peşə məktəblərinin  nümayəndələri də qatılıb. Konfransda AzMİU-nu universitetin THİK-in sədr müavini Şahmar Rəfili təmsil edib. Universitet təmsilçisi çalışdığı təhsil ocağının tarixi,  fakültə, ixtisasları, maddi-texniki bazası, tələbə həyatı, nəzdində olan kollec və lisey barədə geniş təqdimatla çıxış edib, şagirdlərə peşələrini düzgün seçməklərində öz tövsiyələrini verib.  
         Daha sonra konfrans iştirakçıları şagirdlərlə birgə foyedə quraşdırılan təhsil müəssisələrinin  stendlərinə baxış keçirib. AzMİU-nun da təmsil olunduğu stendə maraq yüksək olub. Şagirdlər universitet təmsilçisinə yaxınlaşaraq ətraflı informasiya ala biliblər.