AzMİU-da “İnsan mühəndisliyi” mövzusunda təlim
2019-04-18 12:25:42
    Gənclər üçün Təhsil Mərkəzi (GTM) “Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” devizi ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlərə start verib. Paytaxt Bakı və bölgələrdə keçirilməsi nəzərdə tutulan təlimlərdən biri bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) baş tutub.
    Təlimdə AzMİU Tələbə Gənclər Təşkilatının sədri İlahə Həsənova, Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə, “Gələcək üçün” ümumrespublika marafonunun təlimçisi, “İnsan mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov və tələbələr iştirak edib.
    AzMİU TGT-nin təşkilatçılığı ilə keçirilən təlim “İnsan mühəndisliyi” proqramının rəhbəri R.Nəcəfov tərəfindən aparılıb. “İnsan mühəndisliyi” mövzusuna həsr olunan təqdimatda tələbələrlə şəxsi inkişafda psixoloji aspektlər, gələcək karyerada uğur qazanmağın yolları və s. müzakirə olunub. Təlim modulunda interaktiv metodla məsuliyyətli vətəndaş olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera quruculuğunda təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət məsələləri ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.