"Clarivate Analytics" silsilə onlayn seminarlar keçirəcək
2019-04-15 16:06:58
        Elan
        "Clarivate Analytics" şirkəti iyun ayının 15-dən 25-dək elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunmuş növbəti silsilə onlayn seminarlara start verəcək.
       Seminarlarda məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində informasiya resurslarının funksiyaları, müxtəlif elm sahələri üzrə ən nüfuzlu və uyğun jurnalların axtarılıb tapılması, beynəlxalq elmi jurnallarda nəşr olunma prinsipləri və tələbləri, “yırtıcı” jurnallardan qorunmaq yolları, elmi təşkilatların akademik fəaliyyətini, effektivliyini qiymətləndirmək mexanizmləri və digər bu kimi aktual məsələlərə toxunulacaq.
       Ətraflı məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://clarivate.ru/webinars
       Bütün seminarlar ödənişsizdir və rus dilində aparılır. Seminarlar üçün qeydiyyatdan keçmək məcburidir. Qeydiyyata dair videotəlimat və seminarlara qoşulma ilə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
       Seminarlar bitdikdən bir ay sonra iştirakçılar sertifikatlarını ala biləcəklər. İndi 3 fərqli sertifikat əldə edə bilərsiniz .Ətraflı məlumat "SERTİFİKATI NECƏ ƏLDƏ EDİM" bölməsində yerləşdirilib.