Tələbələrimiz “Caspian Waterfront”un tikinti meydançasında
2019-04-15 11:20:19
           Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) Memarlıq fakültəsinin 117 R1/R2 qrup tələbələri Paşa İnşaat şirkətinin tikinti işlərini apardığı “Caspian Waterfront” istirahət və ticarət mərkəzində  ekskursiyada olublar.
         Memarlıq fakültəsinin müəllimi Aliyə Əliyevanın rəhbərliyi, Strateji Planlaşdırma şöbəsinin təşkilatçılığı ilə baş tutan ekskursiyadan öncə universitet nümayəndələri təlimat otağında təhlükəsizlik qaydaları ilə tanış olub, jilet və kaska ilə təmin ediliblər. 
     Layihənin  inşaat meneceri Ozan Ömür  universitet heyəti ilə ünsiyyətdə  “Caspian Waterfront”un  Bakı bulvarında möhtəşəm istirahət-əyləncə-alış-veriş mərkəzi  olacağını söyləyib.  İnşaat meneceri layihənin ölkəmiz üçün əhəmiyyətindən bəhs edib. Aparılan tikinti-quraşdırma işlərinin hazırda davam etdiyini və mərkəzin bu ilin sonuna kimi təhfil veriləcəyini qeyd edib. 
            Daha sonra lift və təhlükəsizlik çıxışları olan hissəyə baxış keçirilib. Tikinti işləri və düzgün inşaat qaydaları ilə yaxından tanışlıqdan sonra  tələbələr dərslərdə keçdikləri nəzəri biliklərə əsaslanaraq inşaat menecerinə gördükləri tikinti sahəsinə aid müxtəlif suallar ünvanlayıblar. Birgə inşaat sahəsini gəzərək ətraflı məlumatlar alıblar.  
            Məlumat üçün qeyd edək ki,  bu layihənin tikintisində  AzMİU-nun  çoxsaylı məzunları və  hazırda təhsil alan tələbələri də çalışırlar.