Universitet rəhbərliyi SOCAR-ın “Neftqaztikinti” Trestində
2019-04-12 14:52:11
    Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji inkişaf üzrə prorektoru Ülkər Səttarovanın rəhbərliyi ilə universitetin “Təcrübə və Karyera”  şöbəsinin müdiri Nadir Kərimov və təcrübə üzrə mütəxəssis Aydan Dadayeva SOCAR-ın “Neftqaztikinti” Trestində 14 həftəlik istehsalat təcrübəsi keçən tələbələrlə görüşüb, təcrübələrin gedişi, onlara yaradılan şərait və s. tanış olublar.
         Təcrübələrin gedişi Universitet rəhbərliyini qane edib,  eyni zamanda istehsalatdan olan təcrübə rəhbərləri də öz növbəsində tələbələrin hazırlıq səviyyəsindən və nizam-intizamından razılıqlarını bildiriblər.
          Qeyd edək ki, AzMİU-da təhsil alan tələbələrin elmi biliklərinin istehsalatla əlaqələndirilməsi və gənc nəslin təcrübi biliklərinin artırılması məsələsi universitet rəhbərliyinin qarşıya qoyduğu əsas prioritet məsələdir. Bu prioritet istiqaməti əldə rəhbər tutaraq mütəmadi olaraq istehsalat  müəssisələrində təcrübə keçən tələbələrlə görüşlər keçirilir, onların praktiki biliklərinin artırılması daim diqqət mərkəzində saxlanılır.