Futzal komandamız yeni qələbələrə imza atıb
2019-04-08 12:19:30
           Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin açılış mərasimi keçirilib. Yarışda respublikanın bölgələrində gələn kollektivlərlə birlikdə 32 komanda və 600-ə yaxın tələbə iştirak edib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ali təhsil müəssisələrinin rəhbərləri və digər şəxslər iştirak ediblər.
            Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir. Təntənəli aşılışda AzMİU-nun futzal komandası iştirak edib. Komandamız 06.04-07.04.2019-cu il tarixlərində ilk qarşılaşmalarını keçirib. 1-ci qarşılaşmada Sumqayıt Dövlət Universitetinin yığma komandası ilə keçirilən oyun  2:1 hesabı ilə komandamızın xeyirinə bitib.  2-ci qarşılaşma isə Bakı Dövlət Sosial İqtisadi Kolleci ilə keçirilib. Hesab komandamızın xeyrinə 4:3 sona yetib.