AzMİU tələbələrinə təlim keçirilib
2019-04-05 20:16:01
        Development Consulting Solutions (DCS) şirkətinin nümayəndəsi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat-texnologiya fakültəsinin tələbələrinə təlim keçib.
          Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə keçirilən təlim Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin əməkdaşı Samir Nəbiyev tərəfindən aparılıb. “Qapalı Sahə” mövzusuna həsr olunan təlimdə qapalı sahədə baş verə biləcək təhlükələr, onların mənbələri və bu cür sahələrdə çalışarkən zədə və xəsarətlərin qarşısını almaq üçün səmərəli təhlükəsizlik tədbirlərindən danışılıb, qapalı sahəyə giriş, havanın yoxlanılması, fövqəladə hallar və xilasetmə işlərinin təşkili məsələlərinə toxunulub.
          Yekunda mövzu ilə bağlı videorolik nümayiş olunub, tələbələrin sualları ətrafında müzakirələr aparılıb