İtalyan memarın mühaqzirəsi
2019-04-03 11:20:52
Aprelin 4-də AOUMM memarlıq şirkətini təmsil edən italyan memarı Mateo Umberto Poli, YARAT Müasir İncəsənət Mərkəzində “Dizayn metodologiyası. Yerlərdə tədqiqat” mövzusuna dair mühazirə keçirəcək. Müzakirə ediləcək metodlara xidmətlərin yekun istehlakçılarının (QHT, rəssamlar və digər maraqlı tərəflər daxi

Aprelin 4-də AOUMM memarlıq şirkətini təmsil edən italyan memarı Mateo Umberto Poli, YARAT Müasir İncəsənət Mərkəzində “Dizayn metodologiyası. Yerlərdə tədqiqat” mövzusuna dair mühazirə keçirəcək. Müzakirə ediləcək metodlara xidmətlərin yekun istehlakçılarının (QHT, rəssamlar və digər maraqlı tərəflər daxil olmaqla) dizayn üzərində işlərə cəlb edilməsi, həmçinin, tikinti prosesində iştirak edən şəxslər ilə maksimal informasiya mübadiləsi (ustad dərslər və s.) daxildir.

Mühazirə "AOUMM" şirkətinin konkret nümunələri və layihələrinin (Venesiya Memarlıq Biennalesi üçün yaradılmış mərmər heykəltəraşlıq ansamblı, Lesotoda internat və "süni günəşin" yaradılması) öyrənilməsi ilə yanaşı, müasir dizayner metodikalarının araşdırılmasını əhatə edəcək. Mühazirənin ikinci, didaktik hissəsi, böyük inkişaf potensialına malik urbanistik mühitin əhəmiyyətli elementi kimi, yol infrastrukturuna həsr ediləcək.

Bu mühazirə, YARAT Müasir İncəsənət Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində, "Cobalt" arxitektura və dizayn şirkətinin nümayəndəliyi tərəfindən təşkil edilib. Mateo Polin mühazirəsi, hər rüb keçiriləcək mühazirələr silsiləsinin birincisi olacaq. Bu mühazirələr silsiləsi, memarlıq və urbanistika sahəsində ən son nailiyyətlər haqqında dinləyicilərə məlumat vermək üçün nəzərdə tutulub.

l olmaqla) dizayn üzərində işlərə cəlb edilməsi, həmçinin, tikinti prosesində iştirak edən şəxslər ilə maksimal informasiya mübadiləsi (ustad dərslər və s.) daxildir.