AzMİU əməkdaşları beynəlxalq sərgidə iştirak edib
2019-04-02 10:53:35
        Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Özbəkistanın Daşkənd şəhərində keçirilən 20-ci Beynəlxalq təhsil və karyera sərgisində iştirak edib. 
         Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə və dekanlığın əməkdaşı İsa Muradovun qatıldığı sərgi 3 gün davam edib. Sərgidə AzMİU-nun pavilyonuna xüsusi maraq olub, sərgi iştirakçıları universitetin fakültə və ixtisasları, beynəlxalq əlaqələri ilə yaxından tanış olublar. 
         AzMİU-nun nümayəndə heyəti səfər çərçivəsində Daşkənd şəhərində yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə də görüşüb,  Mədəniyyət Mərkəzi ilə yaxından tanış olublar. Səmimi keçən görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, mərkəzin əcnəbi tələbələrin universitetə cəlb olunmasına yardımçı olacağı barədə ilkin razılıq əldə edilib.