Futzal komandamız yenə qalib olub
2019-04-02 10:49:24
Azərbaycan çempionatının futzal üzrə 1-ci liqasında 23-cü turu keçirilib. Martın 29-da keçirilən oyunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) futzal üzrə yığma komandası böyük hesabla qələbə qazanıb. Belə ki, komandamız eşitmə qüsurlu əlillərdən ibarət “Ulduz” futzal komandasını 9:2 hesabıyla məğlub edib.  
          Hazırda AzMİU-nun yığma komandası turnir cədvəlində 15 komanda arasında 4-cü yerdə qərarlaşıb.