Leicester Universiteti ilə birgə ingilis dili kursları
2019-03-29 21:50:25
Azərbaycan Memarlıq və İnşaat Universiteti Böyük Britaniyanın Leicester Universiteti ilə birgə ingilis dilində tədris aparan fənn müəllimləri üçün kurslar təşkil edir!
Kurs iştirakçıları ingilis dilinin ixtisasa uyğun istifadə edilməsi və bu istiqamətdə dilin inkişaf etdirilməsi, xarici dilli auditoriyada tədris apararkən pedaqoji prinsiplərin və çətinliklərin araşdırılması, mühazirələrin ingilis dilində effektiv təqdim edilməsi üçün praktiki biliklərə sahib olacaqlar. Kurslarda humanitar və texniki elmlər, eyni zamanda ingilis dilinin tədrisi ilə məşğul olan müəllimlər iştirak edə bilərlər. Kursların sonunda iştirakçılara Leicester Universitetinin sertifikatları veriləcək!
Dərslər Leicester Universitinin müəllimi tərəfindən keçiriləcək.