Yaxşı oxu, SOCAR-ın təqaüdünü qazan!
2019-03-14 12:27:55
          Martın 13-də  Azərbaycan Memarlıq və İnşaat  Universitetində (AzMİU) SOCAR-ın Daxili Təqaüd proqramı haqqında məlumatlandırıcı tədbir keçirilib. Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşları Vasif Cəfərov və Nəzrin Əfəndiyeva, şöbənin müdiri Türkan Əliyeva  iştirak edib.
           Proqramın mahiyyəti haqqında danışan Vasif Cəfərov qeyd edib ki, təqaüd proqramı Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 2-ci, 3-cü və 4-cü kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında aparılır. V.Cəfərov eyni zamanda proqrama qoyulan seçim meyarları, müraciət qaydaları, ilkin test mərhələsi və müsahibə mərhələsi barədə tələbələrə geniş məlumat verib.
          Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.