Əcnəbi dillər kafedrasında 8 Mart bayramı
2019-03-07 13:45:28
                 Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) Əcnəbi dillər kafedrasının təşəbbüsü ilə  8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. 
              Tədbirdə Əcnəbi dillər kafedrasının müəllimləri, təhsil ocağında çalışan xanım əməkdaşlar iştirak edib. Mexanika və informasiya texnologiyaları fakültəsinin 848a1 tələbələrinin hazırladıqları bədii kompazisiya təqdim olunub, ifalarında şeirlər səslənib,  musiqi və rəqs nömrələri nümayiş etdirilib.
            Sonda tələbələr Əcnəbi dillər kafedrasının müəllimlərinin simasında  universitetdə çalışan bütün xanım əməkdaşları və tələbələri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoşbəxtlik və səadət, firəvan həyat, uzun ömür, can sağlığı arzulayıblar.