İnşaat fakültəsinin əməkdaşları tələbələrin istehsalat təcrübəsini izləyib
2019-03-07 12:21:09
          Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) İnşaat fakültəsinin dekanlıq nümayəndəsi Tural Əliyev, İnşaat konstruksiyaları kafedrasının müdiri Muxlis Hacıyev və sözügedən kafedranın təcrübə rəhbərləri “Archico", "Grandproje", "Azərdövlətlayihə” İnstitutu, Bakı Dövlət Layihə İnstitutunda olublar. Fakültənin tələbələrinin inşaat obyektlərində  keçdikləri istehsalat təcrübəsi ilə maraqlanıb, tələbələrlə görüşüblər. Ümumi yoxlamalar zamanı fakültə əməkdaşları gündəlik iş prosesini yaxından izləyib,  tövsiyələr veriblər. 
       Qeyd edək ki, bu cür yoxlamalar  İnşaat fakültəsinin bütün kafedralarının təcrübə rəhbərləri tərəfindən mütəmadi olaraq həyata keçirilir.