“Elimizə bahar gəlir!” sərgisi açılıb
2019-03-07 12:04:09
         Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda “Elimizə bahar gəlir” adlı sərgi açılıb. Memarlıq fakültəsinin 1-ci kurs tələbələri Sona Məlikzadə, Şəms Abdullayeva, Mexanika və informasiya texnologiyaları fakültəsinin 3-cü kurs tələbəsi Elvin Rəhimlinin rəsmlərindən ibarət sərgidə ümumilikdə 100-ə yaxın müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri, foto və əl işləri sərgilənib. 
          Sərginin açılşından əvvəl universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva çıxış edərək sərginin əhəmiyyətindən söz açıb, gənclərin sərgilərdə fəal iştirak etməsini tövsiyə edib, onlara yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıb. Tədbirdə çıxış edən digər qonaqlar da bayramlar ayı olan martda belə bir sərginin keçirilməsi təşəbbüsünü alqışlayıblar və gənclərə yaradıcılıq uğurları arzulayıblar. 
           Çıxışlardan sonra sərginin rəmzi qırmızı lenti kəsilib, tədbir iştirakçıları sərgiyə baxıblar. Rəngli boya ilə işlənmiş portret və mənzərə şəkilləri, xalça, balıqqulağı, muncuq və saplarla işlənmiş əl işləri, dekorativ əşyalar, şüşə üzərində çəkilən rəsm əsərləri və fotoların yer aldığı sərgi maraqla qarşılanıb.