Universitetimiz ilk dəfə olaraq “UniRank” reytinq sistemində yer alıb
2019-03-06 11:43:37
            Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il ilk dəfə olaraq dünyanın bir çox aparıcı universitetlərinin yer aldığı “UniRank” reytinq sisteminə daxil olub.
          Sözü gedən reytinq dünya üzrə 13600 universitet və kolleci əhatə edir. Reytinqə daxil olmaq üçün ilk olaraq universitet aşağıdakı  göstəricilərə cavab verməlidir. Bu göstəricilərə aiddir: Universitetin tələbələri 4 illik bakalavr və 2 illik magistr səviyyəsi ilə təmin etməsi, dövlət təhsil müəssisəsi tərəfindən akreditatsiya olunması, tələbələrin müasir tədrislə təmin edilməsi. Gələcək mərhələdə isə universitetin veb səhifəsinin internet üzərindən aktivliyi, veb səhifənin sturkturu və. s bu reytinqdə əsas götürülür.
          Məlumat üçün qeyd edək  ki,” UniRank” reytinq sisteminin əsas məqsədi keyfiyyət baxımından dünya universitetləri və kolleclərinin qlobal sıralamasını təqdim etmək,  xarici tələbələrə və akademik personala xüsusi ilə Ali təhsil müəssisəsinin beynəlxalq arenada nə dərəcədə tanınmasını əks etdirməkdir. 
         UniRank haqqında: 2005-ci ilin may ayından etibarən ildə iki dəfə nəşr olunan UniRank dünya üzrə akkreditasiya olunan ali təhsil müəssisələrinin veb populyarlığı üzrə təhlilini ehtiva edən beynəlxalq ali təhsil direktoriyası və axtarış sistemidir.