Ümumdünya Mülki Müdafiə Günü AzMİU-da qeyd olunub
2019-03-04 11:18:36
         Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU) 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.
           Universitetdə baş tutan tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub.
           Tədbirdə AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor, AMEA-nın müxbir üzvü İslam Mustafayev, kafedranın baş müəllimi Emil Qafarov, Mülki Müdafiə Qərargahının rəisi, dosent Teymur Əliyev məruzələrlə çıxış edib. Dinlənilən məruzələrdən sonra tələbələri maraqlandıran bütün suallar cavablandırılıb, mövzu ətrafında aktiv fikir mübadiləsi aparılıb.
        Yekunda müasir FHN-nin fəaliyyətini özündə əks etdirəm video rolik nümayiş olunub.