AzMİU-nun fakültələrində Xocalı faciəsinin qurbanları anılıb
2019-02-26 12:04:48
        Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya, Nəqliyyat, Mexanika və informasiya texnologiyaları fakültələrində anım  tədbirləri keçirilib. Tədbirlərdə adıçəkilən  fakültələrin dekanları, kafedra müdirləri, universitetin ictimai təşkilatlarının nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak edib.
      Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
        Fakültələrin yerləşdiyi mərtəbələrdə Xocalı faciəsi ilə bağlı şəkillərin, məlumatların yer aldığı stendələr nümayiş olunub, kolidorlarda faciə qurbanlarının xatirəsinə həsr olunan güşə yaradılıb. 
          Tədbirlərdə iştirak edən dekanlar, professor-müəllim heyəti və tələbələr bir-birinin ardınca çıxışlar edərək Ermənistanın bir dövlət kimi terrorçu və işğalçı olduğunu qeyd edib, onların 27 il öncə Xocalıda törətdikləri insanlığa sığmayan hərəkətləri birmənalı olaraq pisləyiblər.