Xocalı tələbələrin gözü ilə
2019-02-26 08:58:58
          Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Xocalı tələbələrin gözü ilə” adlı rəsm və plakat sərgisi açılıb. Azərbaycan xalqının tarixində ən faciəli səhifələrdən biri olan Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan sərgidə ümumilikdə 66-dan çox iş nümayiş olunub. Universitetin Memarlıq, İnşaat, Mexanika və informasiya texnologiyaları fakültələrində təhsil alan tələbələrin hazırladıqları işlərdə o gecənin dəhşətli anları, məqamları əks olunub. 
         Sərgidə Memarlıq fakültəsinin tələbələri Dəniz Baxışzadə, Murad Mir-zadənin, MİT fakültəsinin tələbəsi Elvin Rəhimlinin, İnşaat fakültəsinin tələbələri Günəş Aslanova, Gülnisə Əliyevanın işləri xüsusi ilə seçilib.