AzMİU-da “Yara” sənədli filmi nümayiş olunub
2019-02-26 08:49:37
            Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının(TGT) təşəbbüsü ilə “Xocalı, yaram mənim” adlı tədbir və “Yara” sənədli filminin nümayişi keçirilib. 
          Tədbirdən öncə Azərbaycanın dövlət himni səsləndirilib, faciə qurbanlarının xatirəsi anılıb. AzMİU TGT-nin sədri İlahə Həsənova, Talassemiya mərkəzinin ictimaiətlə əlaqələr departamentinin əməkdaşı, ictimai fəal, “Yara” sənədli filminin rejissoru Emil Lətifov, filmin redaktoru Məmməd Baxış ötən əsrdə Azərbaycan xalqına qarşı törədilmiş ən böyük cinayətlərdən biri hesab olunan Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüblər. Faciənin xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi tanınması, ədalətin bərpa olunması və soyqırımı törədənlərin beynəlxalq məhkəmə qarşısında mühakimə olunmalarına nail olmaq üçün Azərbaycan dövlətinin mühüm işlər gördüyünü diqqətə çatdırıblar. 
          Daha sonra faciənin dərinliyini özündə əks etdirən “Yara” sənədli filmi nümayiş olunub.