AzMİU-nun professoru Kişinyovda Regional seminara qatılıb
2019-02-25 13:37:32
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Moldovanın Kişinyov şəhərində Sub-Regional seminarda iştirak edib. BMT-nin Ətraf mühit Proqramının təşkil etdiyi seminar “Ətraf mühit və Sağlamlıq” mövzusuna həsr olunub. 
          Seminara BMT-nin Avropa İqtisadi Komisiyasının ekspertləri, Azərbaycan, Moldova və Gürcüstanın Ətraf mühit və Səhiyyə nazirliklərinin, habelə elm-təhsilictimai sektorunun 50-ə yaxın nümayəndəsi qatılıb. 
         3 gün ərzində müxtəlif sektorlardan olan nümayəndələr 20-dən çox məruzə edib. Ölkələr üçün ətraf mühit və səhiyyə sahəsində gələcək fəaliyyətin prioritetləri müzakirə olunub, həm ölkə daxilində, həm də ölkələr arasında əməkdaşlığın yeni istiqamətləri üzrə fəaliyyətlər müəyyənləşdirilib. Seminarda İ.Mustafayevin Azərbaycanda 2018-ci ildə Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən ekoloji layihələr və onların əsas nəticələri haqqında məruzəsi dinlənilib. 
      Seminarın gedişində qarşıdakı illərdə ölkələr üzrə ətraf mühit və səhiyyə sahəsində fəaliyyətlərin əsas istiqamətləri və regional əməkdaşlıq haqqında məsələlər müzakirə obyekti olub