AzMİU-nun Elektron kitabxana şöbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
2019-02-25 13:35:40
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxana şöbəsində Xocalı faciəsi, Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub. Universitetin tələbələrinin də qatıldığı tədbirdə Elektron kitabxana şöbəsinin müdiri Aytən Rəhmanova faciənin tarixindən, erməni quldurlarınn  Xocalıda  günahsız insanlara qarşı törətdiyi vəhşiliklərdən, Xocalı soyqırımının dünyada tanıdılması üçün Azərbaycan hökumətinin bu istiqamətdə apardığı işlərdən danışıb. 
          A.Rəhmanovanın ətraflı çıxışından sonra tədbir iştirakçılarına Xocalı faciəsinin tarixindən bəhs edən videoçarx təqdim olunub.
          Tədbirin sonunda Elektron-informasiya resursları yaradılması bölməsinin müdiri Fəridə Abdullazadə gələcəkdə həmvətənlərimizin doğma yurdlarına qayıtmasını və ölkəmizdə daima əmin-amanlıq, firavanlıq, sülhün hökm sürməsini arzulayıb.