“Sənayenin müasir vəziyyəti və inkişaf problemləri: texnoparkların və sənaye məhəllələrinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda konfrans
2019-02-14 12:07:25

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə,

Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə 2019-cu il

 30 aprel tarixində “Sənayenin müasir vəziyyəti və inkişaf problemləri: texnoparkların və sənaye məhəllələrinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda

 Respublika elmi-praktiki konfransı keçiriləcək

Konfransın bölmələri:

  • Bazar iqtisadiyyatı şəraitində texnoparkların yaradılmasının zəruriliyi və əhəmiyyəti.
  • Dinamik proqramlaşdırma nəzəriyyəsinə əsaslanan  informasiya resurslarının bölüşdürülməsi modeli.
  • Müasir Azərbaycanda sosial-iqtisadi problemlər. Dövlət özəl partnyorluğu. Personalın idarə olunması problemləri.
  • Müasir inşaat texnologiyaları və memarlıq. Daşınmaz əmlakın  və inşaatın idarə olunması və iqtisadiyyatı.

Məqalələrin tərtibat qaydaları:

  • Təqdim olunan məqalələr toplu halında nəşr ediləcək.
  • Məqalənin adı (bold), sağ tərəfdə müəllif və ya həmmüəllifin adı, soyadı, elmi dərəcəsi və iş yeri göstərilməli, azərbaycan dilində  olan məqalələrə rus və ingilis dilində, rus dilində olan məqalələrə Azərbaycan və ingilis dillərində qısa xülasə və açar sözlər yazılmalıdır.
  • Məqalə 3-6 (şəkil və cədvəl daxil olmaqla)  səhifə həcmində, 1,5 intervalda. 14 şriftlə ( Times New Roman Word 2007-2010), A4 formatda, soldan 30mm, sağdan 10mm. yuxarı və aşağıdan 20mm olmaq şərti ilə  1 nüsxədə (e mail və ya diskdə) təqdim edilməlidir.
  • Məqalədə UOT (УДК) indeksi göstərilməlidir.
  • Məqalələrdə yenilik, konkretlik olmaqla bərabər, aktuallığına və elmi səviyyəsinə  xüsusi diqqət verilməlidir.
  • Konfrans materiallarıının toplu halında nəşr edilməsi ödənişsizdir.
  • Məqalələr orjinal olmalı və əvvəllər başqa milli və ya beynəlxalq jurnallara və konfranslara təqdim edilməməlidir. Məqalələr antiplagiat proqramında yoxlanılacaq.

Vacib tarixlər:

  • Materialların son təqdim olunma tarixi – 2019-cu il 05 aprelə kimi.
  • Konfransın proqramının elektron versiyasının göndərilməsi –2019-cu il 26 aprelə kimi.

Konfransın ünvanı və təşkilat komitəsi ilə əlaqə:

  • AZ1073, Bakı ş., A.Sultanov küç. 11, Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Sənayenin təşkili və idarə edilməsi kafedrası. Kafedra müdiri                    i.ü.f.d., dos., Ruhəngiz Əliyeva, mütəxəssis Qərənfil Qurbanova

I tədris korpusu, 10-cu mərtəbə, 1007 nömrəli otaq.

Məqalələrin elektron variantı e-mail: skafedra02@mail.ru, stie@azmiu.edu.az –ünvanlarına təqdim edilməlidir.

Kafedranın əlaqə telefonları (012) 538- 94-57, (012) 539-05-87 daxili nömrə 636.

 

Təşkilat komitəsi

 

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində

 “Sənayenin müasir vəziyyəti və inkişaf problemləri: texnoparkların və sənaye məhəllələrinin ölkənin iqtisadi inkişafına təsiri ” mövzusunda keçiriləcək Respublika Elmi praktiki konfransına elmi məqalənin qəbulu haqqında

 

MƏLUMATLAR

 

 

Müəllifin adı, soyadı

 

Həmmüəllifin adı soyadı (əgər varsa)

 

Elmi dərəcə

 

İşlədiyi təşkilatın adı

 

E-mail ünvanı

 

Telefonu

 

Məqalənin UOT УДК

kodları

 

Həcmi

 

Təhvil verildiyi tarix

 

Коnfransa  təqdim edilən məqaləyə 5 gün müddətində müvafiq rəy verildikdən sonra onun dərc edilib-edilməməsi barədə qərar verilir.

Müəllifin imzası

 

Qəbul edən məsul şəxsin imzası