AzMİU-nun prorektoru “Creative Spark” proqramı çərçivəsində Böyük Britaniyada səfərdədir
2019-02-12 16:53:09
         Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) Strateji inkişaf üzrə  prorektoru Ülkər Səttarova  British Council şirkəti tərəfindən həyata keçirilən “Creative Spark”  proqramı çərçivəsində Böyük Britaniyada səfərdə olub.  Səfər çərçivəsində Strateji inkişaf üzrə  prorektor  London South Bank Universitetinin nümayəndələri ilə görüşlər keçirib. 
     Görüş zamanı “Creative Spark”  layihəsi çərçivəsində AzMİU-da LSBU mütəxəssisləri tərəfindən həm müəllimlər, həm də tələbələr üçün keçiriləcək genişmiqyaslı treyninqlər barədə müzakirələr edilib. İki universitet arasında bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi və bu kimi layihələrin davamlı həyata keçirilməsi barədə ətraflı danışıqlar aparılıb.
         Qeyd edək ki, AzMİU British Council tərəfindən təşkil olunan “Creative Spark”  layihəsini  Böyük Britaniyadan ayrı-ayrılıqda iki partnyorla, London South Bank və Lester Universiteti ilə qazanıb. Hazırda hər iki tərəf ilə də bu istiqamətdə uğurlu və intensiv işlər görülür.