AzMİU-da “Karyera sərgisi” təşkil olunacaq
2019-02-07 11:37:27
Tələbə və məzunların diqqətinə!

Fevralın 20-də saat 11-də Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə “Karyera sərgisi” təşkil olunacaq.

AzMİU-nun İdman Kompleksində keçiriləcək sərgidə 50-dən çox aparıcı şirkət və müəssisə, həmçinin nazirlik və dövlət qurumları iştirak edəcək.

Ünvan: AzMİU-nun İdman Korpusu

Ətraflı məlumat üçün AzMİU-nun Təcrübə və Karyera şöbəsinə, I tədris binası, 403-cü otağa müraciət edə bilərsiniz.

Telefon: (012) 539-26-95