AzMİU-nun magistrlarından Gənclər günü ilə bağlı maraqlı addım
2019-02-06 14:09:08
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) magistrları 2 fevral Gənclər Gününə aid maraqlı videoçarx hazırlayıblar. Magistratura mərkəzinin rəhbərliyi və magistr tələbələrinin təşəbbüskarlığı ilə ərsəyə gələn videoçarxda tələbələr və mərkəzin əməkdaşları işarət dili vasitəsi ilə gələcəyin qurucuları olan gəncliyə tövsiyə xarakterli mesajlar ötürüblər.