2 fevral Gənclər Günüdür
2019-02-01 12:51:50

         Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlu nəticəsi olan 2 fevral günü 1997-ci ildən tarixə Gənclər Günü kimi daxil olub. Hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan gəncinə xüsusi diqqət və qayğı göstərən öndərimiz bu günü cəmiyyətin gələcəyi olan üstün zəkalı, sağlam, enerjili, intellektual təbəqəsi sayılan gənclərimizin bayramı elan edib. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü, özünə, potensialına güvənən yeni nəsil yetişir.
         Ümummilli liderin dövlət gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verərək onların yetişməsində, özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır. Bu gün biz gənclərimizin dövlətçiliyə bağlı, milli ruhda, intelektual, bilikli, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidiyik. Bu gün Azərbaycan gənci cəmiyyətin aparıcı qüvvəsi kimi dövlət başçısının apardığı uğurlu islahatların önündə inamla addımlayır. Bu gün Azərbaycan gənci dövlətinin, ölkə rəhbərliyinin dəstəyini hiss edərək sərhədləri aşır, elmi, təhsili, bacarığı ilə dünyaya səs salır. Bu gün Azərbaycan gənci uğruna minlərlə şəhid verdiyimiz müstəqilliyimizin rəmzi – 3 rəngli bayrağmızı ən yüksək kürsülərdə dalğalandırır. Bu gün Azərbaycan gənci dövlətinin qüdrətini dərk edərək sərhədlərimizin keşiyindədir, Vətən torpağını göz bəbəyi kimi qoruyur. 
                   Əziz gənclər, sevimli tələbələr! 
        Azərbaycan xalqının gələcəyi, intellektual, savadlı, dünyagörüşlü yeni nəsli, xalqımızın gələcəyi, işıqlı sabahı Sizin əllərinizdədir. Ulu öndər Heydər Əliyevin sizə bəxş etdiyi bu bayram günü - 2 fevral Gənclər Günü münasibəti ilə sizi təbrik edirik. Sizə təhsildə, elmdə, çətin və məsuliyyətli həyat yollarında uğurlar, göstərilən inam və etimadı doğrultmaq, ölkəmizin parlaq və işıqlı sabahının təminatçısı olmaq, Azərbaycanımızın adını dünyaya tanıtmaq kimi şərəfli missiyaların sahibi olmağı arzulayırıq! 
     Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorluğu