AzMİU-nun əcnəbi tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər
2019-01-19 12:29:38
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi tələbələrin təhsili üzrə dekanlığının təşəbbüsü ilə AzMİU-da oxuyan əcnəbi tələbələr Şəhidlər Xiyabanını ziyarət ediblər. Fakültənin dekan müavini Kəmalə Sərdarovanın rəhbərliyi ilə bir qrup tələbəyə əsrlər boyu millətimizin başına gətirilən faciələr, 20 yanvar hadisələrinin tarixi barədə geniş məlumat verilib. Əcnəbi tələbələr şəhidlərin məzarı önünə tər qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla anıblar.

Həmin gün İnşaat fakültəsinin də dekanlığının təşəbbüsü ilə bir qrup tələbə və müəllim Şəhidlər Xiyabanını ziyarət edib. Tələbələr Azərbaycanın müstəqilliyi,azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarına tər qərənfillər düzüb, onların ruhuna dualar oxuyublar.