YARAT Müasir İncəsənət Məkanı silsilə seminarlar təklif
2019-01-18 18:09:24
20 Noy - 21 Yan 19

YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir.

Layihədə iştirak incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

MƏQSƏD • Əsas məqsəd iştirakçıların eksperimental təcrübə vasitəsi ilə incəsənətin müasir formaları haqda məlumat almaq imkanı yaratmaqdır • Müxtəlif materiallar, sənət texnikası və strategiyaları tətbiq edərək təcrübədən keçirmək şəraitini yaratmaq • Yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək

LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ YARAT-IN TƏMİNATI • Təlim proqramı müddətində “YARAT Studios” məkanında şərikli emalatxana • YARAT-ın kuratorlar komandası ilə daimi görüşlər • Dərslərdən kənar tədbirlər (rəssamlarla görüş və s.) • Proqram çərçivəsində 4 qısa təqdimat və proqramın sonunda ARTIM Layihə Məkanında yekun sərgi keçirmək • Yekun sərgi üçün məhdud büdcənin ayrılması

İŞTİRAKÇILAR ÜÇÜN TƏLƏBLƏR Proqram iştirakçıları incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün YARAT AKADEMİYASI-nın bütün tədbirlərində mütəmadi iştirak etməlidirlər. Gündəlik emalatxana təcrübəsi isə proqram iştirakçılarının praktiki bacarıqlarını möhkəmləndirəcək. • Yeni ideyalar fikirləşmək və onları həyata keçirmək • Gündə ən azı 3 saat emalatxana təcrübəsi • Həftənin hər cümə (saat 16:00-20:00) və şənbə (saat 10:00-16:00) günləri rəssamlar, kuratorlar, beynəlxalq rezidentlər və ustadlar tərəfindən mühazirə, müzakirə və ustad dərslərində iştirak etmək • YARAT Akademiyasının mühazirələrində iştirak (mart-aprel, oktyabr-noyabr aylarında hər bazar ertəsi, çərşənbə axşamı və cümə günləri) • Hər bir iştirakçı tərəfindən təşkil olunacaq 4 qısa təqdimat sərgisi üçün 4 fərqli incəsənət əsərinin yaradılması (əsərlərin istehsal xərcləri iştirakçılar tərəfindən qarşılanmalıdır)

 

Portfolioların son göndərilmə tarixi: 21 yanvar 2019-cu il

Portfoliolarınızı artimlab@yarat.az e-mail ünvanına göndərilməli

 

Seçilmiş namizədlərin elanı: 2019-cu il mart ayının birinci həftəsi

 

Layihənin müddəti: mart 2019 – mart 2020

Əlavə məlumat: +994 12 505 1414; +994 50 246 9292