AzMİU-nun magistrantları plagiatla mübarizə barədə məlumatlandırılıblar
2019-01-14 10:37:56

Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU) magistrlar üçün Plagiat.pl şirkətinin növbəti seminarı keçirilib. Seminarda universitetin Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva, Magistratura mərkəzinin direktoru Rövşən Səmədov , şirkətin nümayəndəsi Nərmin Əliyeva ,magistratura mərkəzinin əməkdaşları və magistr tələbələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Mərkəzinin direktoru R.Səmədov öncə magistrlara plagiatla bağlı ümumi məlumat verib. Daha sonra şirkətin nümayəndəsi N.Əliyeva Strikeplagiarism.com saytı, eləcədə plagiatla mübarizədə bir çox universitetlərlə əməkdaşlığın nəticələrinə toxunub, sistemin gənc tədqiqatçıların inkişafındakı rolundan danışıb.

AzMİU-nun Elmi-tədqiqat şöbəsinin müdiri N.Rzayeva universitetin plagiat şirkəti ilə iki illik əməkdaşlıq əlaqəsindən , elmi işlərin , dissertasiya və məqalələrin aniplagiat sistemi vasitəsilə yoxlanışından, gələcəkdə görüləcək digər işləri diqqətə çatdırıb.

Daha sonra magistrlara maraqlı olan suallar cavablandırılıb. Qarşılıqlı müzakirələrdən sonra seminar sona çatıb.