AzMİU-da imtahan həyəcanı
2019-01-07 14:55:24
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. Semestr boyu ixtisasları üzrə biliklər qazanan tələbələrin hesabat vermək vaxtı artıq çatıb.

Bu günlərdə universitetin həyəti, dəhlizləri, pilləkənləri tələbələrimiz tərəfindən “zəbt” olunub, imtahan öncəsi qısa müddət olsa da, böyük həyəcanla imtahanlara hazırlaşan tələbələr əllərində konspektlərlə hər dəqiqəni, saniyəni belə dəyərləndirirlər. Son anda vaxtlarını havayı keçirməyən gənclər imtahanları kəsrsiz başa vurmaq üçün mövzuları təkrar edir, biliklərini daha da möhkəmləndirməyə çalışırlar.