Hörmətli valideynlər!
2019-01-07 10:26:16
Azərbaycan Memarlıq və İnşaat Universitetində payız imtahan sessiyası artıq başlayıb. Övladlarınızın imtahanlarının obyektiv və şəffaf şəraitdə keçirilməsinə tam əmin olmaq üçün sizi universitetimizə dəvət edirik. Siz universitetdə keçirilən semestr imtahanlarında iştirak etməklə imtahan prosesini yaxından izləyə, irad və təkliflərinizi verə bilərsiniz.